Bu layihə "Birmarket" mağazalar şəbəkəsinin real satış datası əsasında hazırlanıb. Əsas məqsəd satış performansını ölçmək və potensial itirilmiş gəlirləri (Potential Loss) analiz etməklə biznesə strateji dəstək verməkdir.
-
Dinamik Analiz: Sifariş statusları, gəlir trendləri və brend performansı üzrə dərindən analiz.
-
İtki Hesabatı: Potensial itirilmiş gəlirin (402.25K) səbəblərinin araşdırılması.
-
Vizuallaşdırma: Key Influencers, Waterfall Chart və Tree Map kimi mürəkkəb vizualların tətbiqi.
Bu layihədə apardığım analiz nəticəsində əldə etdiyim bəzi mühüm nəticələr:
- Ödəniş Metodu Təsiri: "Key Influencers" vizualı göstərir ki, kuryerdə kreditlə ödəniş uğurlu çatdırılma şansını 10 dəfədən çox artırır.
- İtirilmiş Gəlir: "Waterfall Chart" vasitəsilə noyabr ayındakı kəskin satış artımını və itkilərin hansı kateqoriyalarda (məsələn, Elektrik alətləri) cəmləşdiyini müəyyən etdim.
- Optimallaşdırma: Orta çatdırılma müddəti 5 gündür. Rəqabət qabiliyyətini artırmaq üçün bu göstəricinin 3 günə endirilməsi hədəflənib.
- What-if Analysis: Ləğv faizinin 30% azaldılması halında əlavə olaraq 120,676 AZN gəlir əldə oluna biləcəyi hesablanıb.
- Power BI Desktop: Dashboard dizaynı və vizuallaşdırma.
- DAX: Mürəkkəb biznes ölçülərinin (Median Basket, Ləğv Faizi və s.) hesablanması.
- Power Query: Məlumatların təmizlənməsi (Data Cleaning) və modelləşdirilməsi.
- Uğurlu Satışlar: Cəmi 753 uğurlu əməliyyatın izlənməsi.
- Ləğv Faizi (%73.70): Biznesin əsas zəif nöqtəsi kimi ləğv dərəcəsinin analizi.
- Median Basket (85.97): Orta səbət məbləğinin median metodologiyası ilə dəqiq təyini.
🎓 Bu layihə mənim BDU SABAH qruplarında öyrəndiyim məlumat analitikası bacarıqlarımı real biznes senarilərinə tətbiq etməyimə bir nümunədir.


